Paytaxtda telefon kabellərini oğurladılar

OXUNUB: 1110 HADİSƏ

Bakıda telefon qovşağından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub.

Faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.

Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR