Pekində temperatur rekordu qırılıb

OXUNUB: 127 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, The Beijing News-un məlumatına görə, iyunda əvvəlki ən yüksək temperatur 1961-ci il iyunun 10-da Selsi üzrə 40,6 dərəcə olub. Pekin Bələdiyyə Meteoroloji Rəsədxanası şəhərin isti hava xəbərdarlığını sistemdəki ən yüksək səviyyə olan qırmızıya yüksəldib. Yaxın 10 gün ərzində temperaturun yüksək olacağı gözlənildiyi üçün insanlara açıq yerlərdən uzaq durmaq, uşaqlar və qocalara ehtiyat tədbirləri görmələri tövsiyə olunur. Digər tərəfdən, dünən Hebei və Şandun əyalətləri və Tianjin şəhəri üçün qırmızı xəbərdarlıq siqnalı verilib. Alimlər xəbərdarlıq edirlər ki, təhlükəli və rekord qıran isti dalğaları iqlim böhranı gücləndikcə daha tez-tez və şiddətli olacaq.

7NEWS.az

RƏYLƏR