Pekinin əhalisi son 20 ildə ilk dəfə azalıb

OXUNUB: 258 Özəl DÜNYA
Hələ də "bir uşaq” siyasətinin qalıqları və yüksək yaşayış xərclərinin təsirinə məruz qalan Çinin paytaxtı Pekinin əhalisi 2003-cü ildən bəri ilk dəfə azalıb. 2022-ci ildə şəhərdə doğulanlardan daha çox ölüm baş verib. 

7NEWS.az xəbər verir ki, illərdir əhali artımı ilə mübarizə üçün "bir uşaq” siyasətini həyata keçirən Çinin paytaxtı Pekində əhali 2003-cü ildən bəri ilk dəfə azalıb. 2022-ci ildə şəhərdə yaşayış və təhsil xərclərinin yüksək olması, eləcə də siyasətin davam edən təsirləri səbəbindən doğumdan daha çox ölüm baş verib. Yeni rəqəmlər Pekinin əhalisinin 2003-cü ildən bəri ilk dəfə azaldığını ortaya qoyur. 

2022-ci ildə 21 milyondan çox insanın yaşadığı şəhərdə əhalinin təbii artımı hər 1000 nəfərə mənfi 0,05 kimi qeydə alınıb. 

7NEWS.az

RƏYLƏR