Peru hökuməti Meksika səfirini arzuolunmaz şəxs elan edib

OXUNUB: 194 Özəl DÜNYA
Peru hökuməti keçmiş prezident Pedro Kastilonun ailəsinə sığınacaq verən Meksikanın Limadakı səfirini arzuolunmaz şəxs elan edib və ölkəni tərk etməsi üçün ona 72 saat vaxt verib. 

7NEWS.az xəbər verir ki, Perunun xarici işlər naziri Ana Gervasi açıqlamasında Meksikanın Limadakı səfiri Pablo Monroy Konesaya ölkəni tərk etmək üçün 72 saat vaxt verildiyini açıqlayıb. Kastilonun həyat yoldaşı və uşaqları Limadakı Meksika səfirliyinə gedərək bu ölkədən sığınacaq istəyiblər. 

Kastilonun dekabrın 7-də Konqresdəki vəzifəsindən uzaqlaşdırılaraq həbsxanaya göndərilməsindən sonra başlayan etirazlarda həyatını itirənlərin sayı 26-ya yüksəlib. Ölkənin bir çox şəhərində küçələrə çıxan minlərlə insan yeni prezident Dina Boluartenin istefasını və həbsdə olan Kastilonun azadlığa buraxılmasını tələb edir. 

7NEWS.az

RƏYLƏR