Peru lideri etirazçıları atəşkəsə çağırıb

OXUNUB: 350 Özəl DÜNYA
Peruda prezident Dina Boluarte həftələrdir ona qarşı etiraz edən nümayişçiləri "milli atəşkəs”ə çağırıb.

7NEWS.az xəbər verir ki, mətbuat mənsublarına açıqlama verən Boluarte ölkədəki sosial böhrandan çıxmaq üçün nümayişçilərlə dialoqa hazır olduğunu bildirib.

Etirazlarda qeyri-mütənasib güc tətbiq etmək ittihamlarını rədd edən Boluarte təhlükəsizlik qüvvələrinin Peruluları qorumaq üçün qanun çərçivəsində hərəkət etdiyini bildirib.

Boluarte ordunun fövqəladə vəziyyət elanı çərçivəsində polisə dəstək verdiyini, lakin etirazçılarla əlaqə saxlamadığını bildirib.

7NEWS.az

RƏYLƏR