Peru Meksika səfirini “persona non-qrata” elan etdi

OXUNUB: 227 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meksika Perunun keçmiş prezidenti Pedro Kastilonun ailəsinə sığınacaq verdikdən sonra Peru hökuməti Meksikanın Limadakı səfiri Pablo Monroy Konesanı "persona non qrata” elan edib. Perunun xarici işlər naziri Ana Gervasi verdiyi açıqlamada, Kastillonun ailəsinə sığınacaq verən Meksikanın Lima səfiri Pablo Monroy Konesanın persona non-qrata elan edildiyini və ölkəni tərk etməsi üçün 72 saat vaxt verildiyini açıqlayıb. Gervasi, bu qərarın Meksika hökumətinin Perudakı siyasi vəziyyətlə bağlı "daxili işlərə müdaxiləni təşkil edən hərəkətləri" səbəbindən qəbul edildiyini söylədi.

7NEWS.az

RƏYLƏR