7NEWS.az xəbər verir ki, Peru Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin səlahiyyətliləri dəniz yolu ilə
Türkiyəyə gedən 2,3 ton kokain yüklü gəmini ələ keçirdiklərini açıqlayıb.
Səlahiyyətlilərə görə, narkotik dəstələrinin getdikcə daha çox üz tutduqları dəniz yolu boyunca ələ keçirilən kokain keramik plitələrlə yüklənmiş yük gəmisindəki konteynerlərdə gizlədilir.
Polis əməliyyatın Perunun ən böyük limanı olan El Kallaoda keçirildiyini bildirib.
7NEWS.az