Peruda etirazlar nəticəsində ölənlərin sayı 43-ə çatıb

OXUNUB: 364 Özəl DÜNYA
Pedro Kastilyo tərəfdarlarının təşkil etdiyi etirazlarda 14 nəfərin öldüyü açıqlanıb. 2022-ci il dekabrın 11-dən bəri etirazlarda ölənlərin sayı 43-ə çatıb. 

7NEWS.az xəbər verir ki, Peruda prezident Dina Boluartenin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən eks-prezident Pedro Kastilyonun tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda daha 14 nəfər həlak olub. Ölkənin cənubundakı Juliaca şəhərində toplaşan hökumət əleyhinə nümayişçilər polislə toqquşub. 

Ombudsman Aparatının müavini Eliana Revollar Kanal N-ə bildirib ki, Juliaca hava limanı ətrafında təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmada 14 nəfər ölüb. 2022-ci il dekabrın 11-dən bəri hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 43-ə çatıb. 

7NEWS.az

RƏYLƏR