Perunun cənubundakı paytaxt Limada hökumət əleyhinə etirazlar zamanı nümayişçilərlə polis arasında gərginlik artarkən, tarixi binada yanğın baş verib. Daxili işlər naziri Visente Romero yanğına polisin istifadə etdiyi gözyaşardıcı qazın səbəb olduğu iddialarını rədd etsə də, alov 3 saatdan sonra söndürülüb.
7NEWS.az xəbər verir ki, Peruda dekabrın 7-də keçmiş prezident Pedro Kastillonun Konqres tərəfindən vəzifəsindən azad edilməsindən sonra başlayan etirazlar səngimədən davam edir. Kastilyodan sonra prezident olmuş Dina Boluartenin istefasını və vaxtından əvvəl seçki keçirilməsini tələb edən etirazçılar ölkənin cənubundan paytaxt Limaya gəlib. Paytaxt küçələrində azı 3500 adam yürüş edib və polislə nümayişçilər arasında gərginlik artıb. Polis küçələrdə rastlaşdıqları etirazçılara gözyaşardıcı qazla cavab verib. Etirazların şiddətləndiyi bir vaxtda şəhərin mərkəzindəki tarixi bina olan San Martin Plazada alovlar başlayıb. Yanğınsöndürmə rəsmiləri bildiriblər ki, böyük ölçüdə boş olan binada yanğının səbəbi hələlik məlum deyil.
7NEWS.az