Peruda prezident Pedro Kastilyonun dekabrın 7-də vəzifəsindən uzaqlaşdırılaraq həbsxanaya göndərilməsindən sonra başlayan etirazlarda ölənlərin sayı 7-yə çatıb.
7NEWS.az xəbər verir ki, paytaxt Limanın cənubunda toplaşan minlərlə insan ölkənin yeni prezidenti Dina Boluartenin istefasını və Konqresin bağlanmasını tələb edib. Kastilonun işindən qovularaq həbsxanaya göndərilməsindən sonra baş verən hadisələrdə 5 nəfərin həyatını itirməsi ilə ölənlərin sayının 7-yə yüksəldiyi bildirilib. Ötən gün keçirilən etirazlarda 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı açıqlanıb.
Etirazları işıqlandırmağa çalışan bir çox jurnalistin də yaralandığı hadisələrdə saxlanılanların sayı hələlik məlum deyil. Paytaxt Limanın cənubunda etirazçılar tərəfindən atılan partlayıcılar nəticəsində 15 polis əməkdaşının yaralandığı bildirilib.
7NEWS.az