Peruda Nasist bayrağı olan 58 kq kokain müsadirə edildi

OXUNUB: 447 Özəl DÜNYA
Peruda narkotik polisi Belçikaya göndərilmək üçün hazırlanmış Nasist bayrağı və həmçinin Adolf Hitlerin adı olan paketlərə bükülmüş 58 kiloqram kokain ələ keçirib.

7NEWS.az xəbər verir ki, əməliyyat Perunun Sakit okeanın şimal sahilində yerləşən Paita limanında həyata keçirilib. Liberiya bayraqlı C Anisha R yük gəmisinin göyərtəsində qulançar daşıdığı ifadə edilən konteynerlərdə narkotik olduğunu öyrənən narkotik polisi limanda əməliyyat keçirib. Daha əvvəl Ekvadorda lövbər saldığı öyrənilən gəminin Belçikaya getməyi planlaşdırdığı bildirilib.

7NEWS.az

RƏYLƏR