Peruda nümayişlərdə ölənlərin sayı 53-ə çatıb

OXUNUB: 419 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Peruda keçmiş prezident Pedro Kastilonun dekabrın 7-də Konqres tərəfindən devrilməsindən sonra başlayan etirazlar davam edir. Kastilyodan sonra prezident olan Dina Boluartenin istefasını və vaxtından əvvəl seçki keçirilməsini tələb edən etirazçılar Karabaya əyalətinin Macusani şəhərində polis idarəsini və məhkəmə binasını yandırıblar. Hökumət əleyhinə nümayişlər zamanı açılan atəş nəticəsində daha iki nəfərin həyatını itirməsindən sonra ümumi can itkisi 53-ə, yaralıların sayı isə 700-ü keçib.

7NEWS.az

RƏYLƏR