Peskov: Yerevan və Kiyevdəki hadisələri müqayisə etmək yersizdir

OXUNUB: 622 DÜNYA

Ermənistanda vəziyyət stabilləşir. Kreml sabitliyin qorunması və siyasi konsensusun əldə olunmasına ümid edir.

İcmal.Az xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandakı hadisələrə münasibət bildirərkən danışıb. 

"Yerevanda baş verənlər erməni dostlarımızın, tərəfdaşlarımızın və müttəfiqlərimizin daxili işidir. 

Ümid edirik ki, ölkədə sabitlik bərpa ediləcək”, - Kreml nümayəndəsi qeyd edib. 

Onun sözlərinə görə, Ermənistan və Ukraynadakı hadisələri müqayisə etmək yersizdir.

İcmal.Az

RƏYLƏR