Peterburqda azərbaycanlı polis kapitanı yoxa çıxıb

OXUNUB: 675 HADİSƏ

Peterburq polisi əslən Azərbaycandan olan polis kapitanını axtarır.

İcmal.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, oktyabrın 17-də saat 23:00 radələrində həyat yoldaşı polisə müraciət edərək, onun yoxa çıxması ilə bağlı məlumat verib.

Qadının sözlərinə əsasən, həyat yoldaşı cari ilin oktyabrın 3-də Moskva saatı ilə 12:30-da evdən çıxıb və bundan sonra onunla əlaqə itib. 

Qeyd edək ki, 1974-cü il təvəllüdlü azərbaycanlı polis kapitanı Moskva rayon YHTDİ-də (Yol hərəkəti təhlükəsizliyi dövlət inspeksiyası) inspektor vəzifəsində çalışır.

İcmal.Az

RƏYLƏR