PKK-çılarla atışma: yaralı hərbçilər var

OXUNUB: 1035 DÜNYA
Türkiyənin Tunceli vilayətinin Çiçəkli bölgəsində jandarm qüvvələrinin apardığı əməliyyat zamanı PKK terrorçuları ilə atışma olub.

İcmal.Az Trend-ə istinadə xəbər verir ki, atışma zamanı terrorçuların daha öncə yerdə quraşdırdığı iki partlayıcı qurğunun işə düşməsi nəticəsində iki hərbçi xəsarət alıb.

Yaralıların həyati təhlükəsi olmadığı bildirilir.
 

İcmal.Az

RƏYLƏR