“Playboy” gözəli əvvəlcə oğlunu balkondan atdı…

OXUNUB: 746 DÜNYA

Amerikalı model Stefani Adams intihar edib.

Adams intihardan əvvəl 7 yaşlı oğlunu 25-ci mərtəbənin balkonundan aşağı atıb. Sonra isə özünü balkondan aşağı buraxıb.

1992-ci ildə "Playboy” jurnalının üz qapağı olan 48 yaşlı modelin keçmiş əri ilə davam edən boşanma prosesi və uşağın himayəsi məsələsinə görə intihar etdiyi düşünülür.

Modelin vəkili Raul Felder bu barədə məlumat verib. O, qeyd edib ki, boşanma prosesi modeli intihara sürükləyən səbəbdir.

Qeyd edək ki, məhkəmə Adamsın oğlunu yay tətilində İspaniya və İngiltərəyə aparmaq istəyini rədd etmişdi./ölkə

 

İcmal.Az

RƏYLƏR