Polis şərəfinin ucalığında - Yenə qəhrəmamlıq nümunəsi göstərdiz

OXUNUB: 890 SOSİAL
O dəhşətli hadisə barədə xoşbəxtliyin yurd zirvəsində olanda eşitdim.

Zəngilanıma gəlmişdim, qəfil xəbər verdilər ki, Bakıda 3 nəfər polis qəhrəmanlıqla həlak olub.
Xəbər sarsıdıcı idi. Qarabağın işğaldan azad olunması uğrunda şəhid olan, insanların rahat, asudə yaşaması üçün gecəsini gündüzünə qatan, vətəndaşlara sağlam, düzgün, maarifli həyat tərzi aşılanması naminə ictimai funksiyanı təsirli şəkildə şərəflə icra edən polisi, polisləri qətlə yetirmək dünyanın ən murdar, ən əclaf hərəkətidir. Bu qətliamı törədən cinayərkar o güllələri məhz Azərbaycan xalqına atıb.

Rəsmi məlumata görə, cinayətkar ailəsini özünə sipər edibmiş. Polislər cankarını qurban verməklə cinayətkarın ailəsini xilas edib.

Qəhrəmanlığın yüksək həddidir. ABŞ polisi olsaydı, cinayəkarı elə onun ailəsi ilə birgə məhv edərdi. Bu kimi zərərsizləşmə hadisəsini dəqiqliklə əsaslandırmaq da mümkündür.

Bizim polis hümanist davranışına sadiq qalaraq, cinayətkarın ailəsini qorumağı üstün tutub.

Siz cənnət sakinisiz, cənab polislər. Qəhrəmanlığınızla polis şərəfini yüksəklərə qaldırdız, cəmiyyətin polisə münasibətinə əlavə sevgi qatdınız.

RƏYLƏR