Politoloq: Baxçalının seçkilərlə bağlı hesabları yanlış çıxa bilər

OXUNUB: 510 DÜNYA

MHP lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında "növbədənkənar (avqustun 26-da) prezident və parlament seçkisi keçirilməlidir” deməklə Türkiyəni şoka salıb. İki variant mümkündür. Baxçalı ya bu açıqlamanı müttəfiqi olduğu Ədalət və İnkişaf Partiyasının razılığı əsasında səsləndirib, ya da müttəfiqlərini fakt qarşısında qoyub.

O qeyd edib ki, Baxçalı bu açıqlamanı prezident Rəcəb Tayyib Ərdoğanla razılaşdırıbsa, demək, bu, ortaq siyasi gedişdir. 

"Ankaradan yeni qayıtmışam. İqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Hökumətin iqtisadiyyatda ciddi problemləri var, bunu Ərdoğan da etiraf edir.

Ona görə də vaxt keçdikcə AKP-MHP ittifaqının reytinqi aşağı düşə bilər.

Ona görə də Ərdoğan-Baxçalı cütlüyü həmin günü gözləmədən erkən seçki keçirib səslərini qorumaq istəyə bilərlər. Yox, əgər Baxçalı Ərdoğanla razılaşdırmadan prezidenti fakt qarşısında qoyubsa, bu, MHP-AKP ittifaqında ciddi inamsızlıq yarada bilər.

Yeni yaranan İYİ Parti və onun lideri Meral Akşener seçkiyə ciddi hazırlaşır.

MHP-nin elə AKP ilə ittifaq yaratmaqda məqsədlərindən ən əsası da səslərini Akşenerə uduzmamaq istəyidir”, - deyən politoloqun sözlərinə görə, buna baxmayaraq, Baxçalının hesabları yanlış çıxa bilər:

"Bir dəfə Baxçalı eyni səhvi edib. 1999-cu ildə hökumətdə DSP-MHP-ANAP koalisiyası var idi.

Baş nazir Bülənt Ecevit, Dövlət Baxçalı isə onun birinci yardımçısı idi.

İqtisadiyyat ağır günlərini yaşayırdı, ancaq Ecevit hökuməti böhrandan çıxmaq üçün ciddi addımlar atmışdı.

Baxçalı qəflətən elan etdi ki, erkən seçkilər keçirilməlidir və bununla ortağı Eceviti şoka saldı.

Rəhmətlik Bülent Ecevit xatirələrində yazırdı ki, Dövlət Baxçalının işlər "iyi”yə doğru gedərkən niyə hökuməti dağıtdığını anlamayıb.

O zaman hökumət dağıldı, erkən seçkilər keçirildi, nə DSP, nə ANAP, nə də MHP parlamentə düşə bildi, hakimiyyətə yeni qurulan AKP gəldi və indiyədək iqtidardadır.

İndi Baxçalı yenə eyni yolla gedib partiyasını və müttəfiqini mürəkkəb vəziyyətə sala bilər”.

İcmal.Az

RƏYLƏR