Polşa ABŞ-dan 116 işlənmiş Abrams tankı alır

OXUNUB: 255 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Polşanın müdafiə naziri və baş nazirin müavini Mariuş Blaşçak 1-ci Varşava Zirehli Briqadasında keçirilən mərasimdə ABŞ-dan 116 ədəd işlənmiş M1A1 Abrams tankının alınmasına dair müqavilə imzalayıb. Blaşçak buradakı çıxışında, "Biz Polşa ordusunu gücləndiririk, ordunun zirehli yumruğunu gücləndiririk. Bu, orduya güclü dəstək vermək və təcavüzkarın qarşısını almaq üçün güclü elementdir. İlk partiya Polşaya təslim ediləcək"-dedi. ABŞ-a hərbi əməkdaşlığa görə təşəkkür edən müdafiə naziri Blaszczak, sözügedən əməkdaşlığın Polşa və NATO-nun şərq cinahına xidmət edəcəyini bildirib. ABŞ ilə əməkdaşlıqlarının uzunmüddətli olduğunu bildirən Blaşçak "Patriot" raketlərinin Polşaya çatdığını və HIMARS raket sistemini gözlədiklərini qeyd edib.

7NEWS.az

RƏYLƏR