Polşa-Belarus sərhədində yeni gərginlik başlayıb

OXUNUB: 170 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Polşa-Belarus sərhədində yeni gərginlik yaranıb, burada gərginlik Rusiyanın muzdlu ordusu Vaqnerə görə artıb. Polşa Müdafiə Nazirliyi dünən axşam saatlarında iki Belarus helikopterinin onun hava məkanını pozduğunu və bu ölkə ilə sərhədinə əlavə hərbçi yerləşdirəcəyini açıqlayıb. Müdafiə Nazirliyindən verilən açıqlamada Belarus Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 və Mi-24 adlı iki helikopterin təlim zamanı aşağı hündürlükdə Polşa hava məkanını keçdiyi qeyd edilib. Hadisənin NATO ölkələrinə çatdırıldığı bildirilən açıqlamada, Rusiya və Belarusun sərhəddə fəallaşmasına qarşı bölgədəki əsgər sayının artırılmasına qərar verildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR