7NEWS.az xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin Rusiyanın Ukraynaya hücumlarının birinci ildönümü ilə bağlı verdiyi açıqlamada Ukraynaya edilən hərbi yardımların balansı paylaşılıb. Bildirilib ki, müharibə başlayandan bəri Ukraynaya 2,2 milyard avro dəyərində silah və sursat verilib. Açıqlamada bildirilib ki, Ukraynaya təhlükəsizlik məqsədilə tədarük edilən hərbi texnikanın xüsusiyyətləri və sayı ilə bağlı məlumat məxfidir və bu səbəbdən ictimaiyyətlə paylaşılmır. Polşanın yaxın günlərdə verməyi planlaşdırdığı 14 Leopard 2, 60 T-72 və T-91 Twardy tanklarının 2,2 milyard avroluq yardıma daxil olmadığı da vurğulanıb.
7NEWS.az