Polşa Ukraynaya tankların çatdırılması üçün Almaniyaya rəsmi müraciət edib

OXUNUB: 270 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Ukrayna-Rusiya müharibəsindən 11 ay geridə qaldığı halda, Qərb ölkələri Almaniyaya "Leopard 2" tanklarını Ukraynaya göndərmək üçün təzyiqlərini davam etdirir. Polşanın müdafiə naziri Mariusz Blaszczak sosial media hesabından Almaniya istehsalı olan Leopard tanklarının Ukraynaya göndərilməsi üçün Almaniyaya rəsmi müraciət edildiyini açıqlayıb. İcazə ərizəsinin Almaniyaya çatdığını bildirən nazir Blaşçak Berlin rəhbərliyini Leopard tankları ilə Ukraynaya dəstək verəcək dövlətlər koalisiyasına qoşulmağa çağırıb. 

7NEWS.az

RƏYLƏR