Polşada casusluq ittihamı ilə 2 nəfər həbs edilib

OXUNUB: 155 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Polşa Hərbi Kəşfiyyat Xidmətinin (SKW) əməkdaşları Rusiyaya casusluq etdiyi iddia edilən bir şəxsi saxlayıb. Sözügedən şəxsin xarici ölkə vətəndaşı olduğu, Kuyavia-Pomerania və Pomerania bölgəsindəki kritik infrastruktur və təhlükəsizlikdən məsul xidmətlər haqqında topladığı məlumatları Rusiyaya çatdırdığı bildirilib. Şəxsiyyəti açıqlanmayan şəxsin ötən yanvar ayından Polşada olduğu müəyyən edilib. Sözügedən şəxs dindirilərkən Rusiyanın xeyrinə casusluq ittihamını etiraf edərkən, Rusiya tərəfindən casusluğa necə sövq edildiyini ətraflı izah edib. O, Qdansk Rayon Prokurorluğunun tələbi ilə gətirildiyi məhkəmə tərəfindən 3 ay müddətinə həbs edilib.

7NEWS.az

RƏYLƏR