Polşada təyyarə qəzası: 5 ÖLÜ 7 YARALI VAR

OXUNUB: 181 Özəl DÜNYA
Polşanın paytaxtı Varşava yaxınlığındakı hava limanında kiçik təyyarənin anqara çırpılması nəticəsində 5 nəfər həlak olub. Səhiyyə naziri Adam Niedzielski bildirib ki, qəza nəticəsində azı 7 nəfər xəsarət alıb. 

7NEWS.az xəbər verir ki, Yanğınsöndürmə briqadasının sözçüsü bildirib ki, qəzanın "ehtimal səbəbi" hava şəraitidir. Varşavadan 47 kilometr uzaqlıqdakı Çrcynno kəndinə dörd helikopter və 10 təcili yardım maşınının göndərildiyi açıqlanıb. Polşa mediası qəzaya uğrayan təyyarənin modelini Cessna 209 olaraq açıqlayıb. Yerli yanğınsöndürmə idarəsi də hava limanında qəzanın baş verdiyini təsdiqləyib və öz Facebook səhifəsində anqardan çıxan təyyarənin quyruğunu əks etdirən fotoşəkil yerləşdirib. 

7NEWS.az

RƏYLƏR