POMİDOR YEŞİYİNDƏ ŞOK “HİYLƏ”: “Meyvəli” bazarından məhsul alanda diqqətli olun (VİDEO)

OXUNUB: 17 Özəl SOSİAL


7NEWS.az xəbər verir ki, redaksiyaya müraciət edən vətəndaş "Meyvəli” bazarından aldığı pomidorlarla bağlı narazılığını bildirib.

Şikayətçinin sözlərinə görə, o, bazardan bir yeşik pomidor alaraq evə gətirib. Məhsulu yeşikdən boşaldarkən isə diqqətçəkən məqamla qarşılaşıb. İddia olunur ki, yeşiyin dibinə bir neçə karton qutu yerləşdirilib və bununla da yeşiyin çəkisi süni şəkildə artırılıb.

Vətəndaş hesab edir ki, bu üsul alıcının məhsulun real çəkisi barədə yanılmasına və artıq pul ödəməsinə səbəb ola bilər.

Qeyd edək ki, "Meyvəli” topdansatış bazarı Bakı şəhərinin Qaradağ rayonunun Heybət ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşir.
Əgər şikayətçinin iddiası təsdiqini taparsa, bu, istehlakçı hüquqları və ticarət qaydaları baxımından ciddi suallar yaradır. Satıcı tərəfindən məhsulun çəkisinin düzgün göstərilməsi və alıcının aldadılmaması əsas tələbdir.

7NEWS.az olaraq bildiririk ki, sözügedən iddialarla bağlı "Meyvəli” bazarının və satıcının mövqeyini dərc etməyə hazırıq.
 
 
 

RƏYLƏR