7NEWS.az xəbər verir ki, Portuqaliyanın Setubal şəhərində bir şəxs ov tüfəngi ilə küçədə terror edib. Yerli vaxtla saat 08:00 radələrində baş verən hadisədə silahlı şəxs ətrafdakı insanlara atəş açıb. Polisin verdiyi açıqlamada, təcavüzkarın təhlükəsizlik qüvvələrinin hadisə yerinə gəldiyini anladıqdan sonra 3 nəfərə atəş açaraq intihar etdiyi qeyd edilib. Yaşı 30-60 arasında olan və həyatını itirən üç qurbanın kimliyi açıqlanmayıb.
7NEWS.az