Portuqaliyanın səhiyyə naziri istefa verib

OXUNUB: 362 Özəl DÜNYA
Covid-19 dövründə son dərəcə populyar olan, lakin son zamanlar dövlət xəstəxanalarındakı problemlərə görə plansızlıqda günahlandırılan Portuqaliyanın Səhiyyə Naziri işini tərk etdiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Portuqaliyanın Səhiyyə Naziri Marta Temido dövlət xəstəxanalarındakı kadr çatışmazlığının öhdəsindən gələ bilmədiyi tənqidlərindən sonra 'artıq vəzifədə qalmağın mümkün olmadığı' səbəbiylə istefa verib. Xəstəxana administrasiyası üzrə mütəxəssis, 2018-ci ildən bu vəzifəni tutan 48 yaşlı Temido, Covid-19 pandemiyası zamanı mərkəz sol Sosialist Partiyası hökumətinin ən məşhur simalarından biri idi.

7NEWS.az

RƏYLƏR