Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub. Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, "AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb. Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik "Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada "Red Naomi”, "Avalanj”, "Talea”, "Aqua”, "Sweet Avalanj”, "Jumilia”, "Wow” və "London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara "Made in Azerbaijan” brendi ilə çıxarılacaq. Bundan məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək, həm də bu brend adı altında çeşidin çoxalmasına töhfə verməkdir.
Ana səhifə
/
index-manşet / SİYASƏT / Prezident İlham Əliyev Qəbələdə gülçülük istixanası ilə tanış olub
Prezident İlham Əliyev Qəbələdə gülçülük istixanası ilə tanış olub
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
28.09.2026, 12:29 / index-manşet, SİYASƏT -
Əliyevlə Putin telefonla danışdı
28.07.2026, 13:35 / index-manşet, SİYASƏT -
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
15.06.2026, 10:55 / index-manşet, SİYASƏT -
Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər
14.05.2026, 13:13 / index-manşet, SİYASƏT -
Prezident Bakı Olimpiya Stadionunda - Fotolar
12.05.2026, 16:30 / index-manşet, SİYASƏT -
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər - Foto
27.04.2026, 13:14 / index-manşet, SİYASƏT -
İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirildi (YENİLƏNİB)
27.04.2026, 12:11 / index-manşet, SİYASƏT
























