7NEWS.az xəbər verir ki, ötən gün Braziliyanın paytaxtı Braziliyada yerləşən Milli Konqres, Federal Ali Məhkəmənin Baş Assambleyası və Planalto Sarayı keçmiş prezident Jair Bolsonaronun tərəfdarları tərəfindən basqın edilib və dağıdılıb. Braziliya prezidenti Luis İnasio Lula da Silva açıqlamasında keçmiş prezident Jair Bolsonaro tərəfdarlarının Milli Konqresə basqını terrorizm və vandalizm kimi qiymətləndirib. Senatın sədri Veneziano Vital do Reqo, Nümayəndələr Palatasının sədri Artur Lira və Federal Ali Məhkəmənin sədri Roza Mariya Pires Veberin imzaladığı bəyanatda Lula ilə yanaşı, Braziliyada həyata keçirilən terror, vandalizm, cinayət və çevriliş aktları da qeyd edilir.
7NEWS.az