Prezident yol tikintisinə pul ayırdı

OXUNUB: 873 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Qazax rayonunda avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İcmal.Az-ın məlumatına görə, Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi məqsədi ilə  dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

İcmal.Az

RƏYLƏR