Prezidentin Bakı şəhər sakinlərinə növbəti qayğısı – RAMİZ GÖYÜŞOV YAZIR

OXUNUB: 447 GÜNDƏM
Azərbaycan Rspublikasının Prezidenti Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən biri də Bakı şəhərinin və regionların sosial-iqtisadi inkişafı ilə əlaqəda olmuşdur. 2004 -cü ildən başlayaraq reallaşdırilan regionların sosial- iqtisadi inkişafı dövlət proqramları, regionlarımızın sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılmsında mühüm rol oynamış, respublikamızın şəhər və qəsəbələrinin simasını köklü surətdə dəyişdirmişdir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair 2006-2007-cı illər üçün təsdiq edilən birinci proqramdan sonra, daha iki dövlət proqramı-2011-2013-cü və 2014-2016-cı illəri əhatə proqramlar təsdiq edilmiş, bu proqramlar əsasında Bakı şəhərində və onun qəsəbələrində misli görünməyən işlər görülmüş, Bakı şəhərinin  memarlıq görkəmi tanınmaz dərəcədə dəyişmiş və paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə şevrilmişdir. Bütün bular Bakı şəhərinin  dünyanın qlobal problemlərinin müzakirə olunduğu bir şəhərə, dünya səviyyəli mədəni -kütləvi tədbirlərin, idman yarışlarının paytaxtına və turizm mərkəzinə çevrilməsinə imkan vermişdir.
 Bununla belə etiraf etmək lazımdır ki, hazırda Bakı şəhərində və onun xüsusilə  mərkəzindən kənarda yerləşən rayonları və qəsəbələrində mənzil-kommunal təsərrüfatı obyektlərində istifadə olunan texnikanın, maşın və mexanizmlərin, avadanlıqların əksəriyyəti fiziki və mənəvi cəhətdən köhnəlmiş, onlar bü günkü tələblərə cavab vermir, istismarı çətinləşib, xarici görkəmləri şəhərin memarlıq görkəminə uyğun gəlmir. Bu də öz növbəsində şəhər əhalisinə mənzil-kommunal xidmələrinin təşkilində çətinliklər yaratmaqla, həm də şəhərin ümumi görkəminə ciddi xələl gətirir.
Bu günlərdə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə vəsaitin artırılması bu sahədə mövcud olan problemlərin həlli istiqamətində mühüm hadisə kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, bu sərəncamın gerçəkləşməsi nəticəsində şəhər əhalisinə göstərilən mənzil- kommunal xidmətlərin səviyyəsi daha da yaxşılaşacaq, şəhərin memarlıq görkəmində köklü dəyişikliklər olacaqdır və ən yaxın müddətdə bu dəyişiklikləri hər bir Bakı sakini hiss edəcəkdir. Atılan bu addım ölkə başçısının Bakı şəhər sakinlərinə diqqətinin növbəti  təzahürü kimi dəyərləndirilməlidir.
Ramiz Göyüşov
Bakı şəhər sakini

RƏYLƏR