"Prezidentin diqqət və qayğısı idmançılarımızı yeni qələbələrə ruhlandırır" - Emil Səməndərov

OXUNUB: 411 SOSİAL
"Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən birinə çevrilib.

Cənab Prezident İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idman infrastrukturu xeyli inkişaf edib. İdmançılar da onlara göstərilən bu etimadı doğruldur, nüfuzlu yarışlarda ölkəmizin adını uca tuturlar.

Hər il idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir”.

Bu fikirləri 32gun.az-a açıqlamasında Azərbaycan Budo Federasiyasının və "Qarabağ - Əlil döyüşçülər” Futbol Federasiyasının vitse prezidenti, tanınmış iş adamı Emil Səməndərov deyib.
O qeyd edib ki, İlham Əliyev milli olimpiya komitəsinin prezidenti seçiləndən sonra maddi-texniki baza da möhkəmləndirildi, idmançıların məşq şəraiti yaxşılaşdırıldı:

"Təbii ki, cənab prezidentin idmana qayğısını təkcə olimpiya idman növləri deyil, qeyri-olimpiya idman növləri ilə məşğul olan hər kəs görür.

Cənab Prezident İlham Əliyev, eləcə də, ölkəmizin Birinci vitse-prezident Mehriban xanım Əliyeva idmana yüksək səviyyədə dəstək verirlər. Olimpiya idman növlərindən əlavə, qeyri-olimpiya idman növlərində də hər zaman uğurlarımız olub.

Hətta, "İdmançılar böyük idmandan getdikdən sonra heç kimə lazım olmurlar. Onlar sağlamlığını və gənclik illərini böyük idmana qurban verdilər. Mən onlara həmişə dayaq olacağam" deyən dövlət başçısı idmançılara hörmətini ifadə edib.

Ali baş komandanın idmanın inkişafı üçün göstərdiyi səylər və bu sahədə qəbul etdiyi qərarlar belə deməyə imkan verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək. Eləcə də idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

Ölkə Prezidentinin böyük diqqət və qayğısı idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırır.

Vitse-prezidenti olduğum federasiyaların üzvləri də yaxşı dərk edirlər ki, dövlət başçısı idmançılara diqqət və qayğı göstərir, idmançıların vətənə qələbə ilə dönəcəklərinə inanır.
Onlar daim bu etimadı doğrultmaq üçün can atırlar, əllərindən gələni edirlər.”/32gun
 
İcmal.Az

RƏYLƏR