Prezidentin köməkçisi: “Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb”

OXUNUB: 1246 SİYASƏT
"Ermənistan etdiyi hərəkətə görə döyüş meydanında cəzalandırılır. Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Xocalı soyqırımını törədənlərin çoxunun cavabını Azərbaycan ordusu verib:


"Artıq mətbuatda da məlumat var ki, qondarma rejimin "müdafiə naziri” artıq cəhənnəmə yola salınıb:

"Digərləri də öz paylarını alacaqlar”.

7News.Az

RƏYLƏR