Prezidentliyə namizədlərin sırası bəlli oldu

OXUNUB: 574 DÜNYA
İyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin təbliğat-təşviqat sırası bəlli olub.

Bu gün Türkiyənin Ali Seçki Qurumunun (YSK) rəhbəri Sadi Güvenin iştirakı ilə prezidentliyə namizədlər arasında püşkatma keçirilib.
 
Belə ki, Püşkatmanın nəticəsinə əsasən ilk sırada Məhərrəm İncə, Meral Akşener ikinci, Rəcəb Tayyib Ərdoğan üçüncü, Selahattin Demirtaş dördüncü, Temel Karamollaoğlu beşinci və sonda Şərq Perinçek yer alıblar. Seçkilərdə təxminən 59 milyon türk iştirak edəcək./BNEWS.az
 
İcmal.Az

RƏYLƏR