Prokuror həkimi şantaj edən şəxsə cəza istədi

OXUNUB: 841 HADİSƏ

Bakıda həkimi şantaj edərək pul tələb etməkdə təqsirli bilinən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. O, Elnur İbrahimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin onun barəsində olan polis nəzarətində qətimkan tədbirinin dəyişdirilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalından həbs edilməsini tələb edib.

Zərərçəkmiş həkimin nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu deyib. Elnur İbrahimovun vəkili çıxış üçün vaxt istəyib.

İttihama görə, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikaların birində həkimi şantaj edib. O, nevropatoloq həkim ilə sosial şəbəkədə tanış olub. Qadınla intima münasibətdə olan Elnur sonradan onu rüsvay etməklə şantaj edib. Təqsirləndirilən şəxs qadın olan həkimdən 8 min manatdan çox pul alıb. Daha sonra qadın onun barəsində polisə şikayət edib. Polis əməkdaşları tərəfindən Elnur İbrahimov saxlanılıb. Onun barəsində nə istintaq, nə də məhkəmə dövründə həbs qətimkan tədbiri seçilib.

Elnur İbrahimov isə ittihamları qəbul etmir. O bildirib ki, həkimdən pulu yardım məqsədilə istəyib./publika

İcmal.Az

RƏYLƏR