Prokurorluq əməkdaşları beynəlxalq təşkilat tərəfindən təşkil olunmuş seminarda iştirak edib

OXUNUB: 548 Özəl SOSİAL
Cari il 14-16 noyabr tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Şabran rayonunda "Məhkəmə ekspertiza işlərində keyfiyyətin idarə edilməsi” mövzusunda təlim keçirilib.

Seminarda Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Nazim Rəşidov, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini – Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev və Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev iştirak edib.   

Tədbirdə iştirakçılara Beynəlxalq Qızıl Xaç Komitəsinin məhkəmə-ekspertiza fəaliyyətindəki rolu, məhkəmə-ekspertizası işlərinin xüsusiyyətləri, keyfiyyət aspektləri və sistemləri, habelə keyfiyyətin idarə edilməsinin xüsusiyyətləri, İSO 17025 standartına əsasən tələblər və digər mövzularda seminarlar keçirilib.
 


 
 

RƏYLƏR