“Psixodinamika” reabilitasiya mərkəzi: ÖVLADLARINIZI PEŞƏKARLARA HƏVALƏ EDİN (VİDEO)

OXUNUB: 332 Özəl SOSİAL
"Psixodinamika” reabilitasiya mərkəzi 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəzin xidmətləri bütün yaş kateqoriyalarını əhatə edir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün vacib olan bütün xidmətlər mövcuddur. Belə ki, loqopedik və psixoloji seanslar, müalicəvi bədən tərbiyəsi və duyu bütünləmə (sensor inteqrasiya) dərsləri keçirilir, refleksoloji və loqopedik masajlar icra olunur, korreksion-pedaqoji işlər aparılır, uşaqların sosiallaşması üçün qrup məşğələləri təşkil olunur və yaşam koçu da fəaliyyət göstərir. Mərkəzin özəlliyi - ev dərslərinin təşkil olunmasıdır. 

Mərkəzin nəzdində "Təlim Akademiyası"- da fəaliyyət göstərir. "Psixologiya", "Loqopediya", "Xüsusi Psixologiya", "Korreksion pedaqogika”, "İnklüziv təhsil" kursları və təlimləri təşkil olunur, rəsmi sertifikat təqdim edilir.

Reabilitasiya mərkəzinin xidmətlərindən həm psixoloji dəstəyə ehtiyacı olan şəxslər, həm də inkişafinda patoloji hallar müşahidə edilən uşaqlar yararlana bilər.

Loqopedik xidmətlər bütün nitq qüsurlarının korreksiyasını nəzərdə tutur:

·                 Alaliya və afaziya

·                 Dislaliya (r,l,s,ş,z,q,k və s. səslərin reabilitasiysı)

·                 Exolaliya (nitqin təkrarlanması)

·                 Kəkələmə

·                 Disleksiya və disqrafiya (oxu və yazı pozgunluqlarının korreksiyası)

·                 Rinonaliya

·                 Dizartriya

·                 Disfoniya

·                 Nitq tempinin pozulması (taxilaliya və bradilaliya)

·                 Fonetik – fonematik inkişafdan qalma

·                 Nitqin ümumi inkişafdan qalması 

 Psixoloji xidmətlər isə müxtəlif patologiyalı və sindromlu şəxslərlə psixoloji işi təşkil edir  :

·                 Daun sindromu

·                 Autizm sindromu

·                 Uşaq serebral iflici

·                 Əqli gerilik

·                 Psixi inkişaf ləngiməsi

·                 Özgüvən əskikliyi və aradan qaldırılması yolları

·                 Hiperaktivlik və diqqət əskikliyi

·                 Uşaq və yeniyetməlik dövründə yaranan psixoloji problemlər

·                 Sosiallaşma problemləri

·                 Fobiya

·                 Sosial fobiya

·                 Təşviş pozuntuları 

·                 Panik atak

·                 Psixoloji travma

·                 Depressiya

·                 Doğuşdan sonrakı psixoz

·                 Vaginizm

·                 Obsessiv-kompulsiv pozuntular

"Psixodinamika” reabilitasiya mərkəzində həmçinin ailə psixoterapiyası, qrup terapiyaları (böyüklər və uşaqlar üçün) keçirilir.

Hörmətli valideynlər, uşağınızın inkişafında, nitqində, davranışında, emosional-iradi sferasında, sosiallaşmasında , hər hansı psixoloji durumunda bir problem müşahidə olunursa və bu Sizin narahatçılıgınıza səbəb olursa «PSİXODİNAMİKA REABİLİTASİYA MƏRKƏZİ»nin peşəkar mütəxəssislərinə müraciət edə bilərsiniz.
Əlaqə: (+994 55) 512 31 00

Xidmətlərimiz və əldə etdiyimiz nəticələrlə tanış olmaq istəyirsinizsə Instagram səhifəmizə keçid edə bilərsiniz

 
 
 
 
 
 

RƏYLƏR