Putin 2018-ci ildə prezident seçkiləri barədə suala cavab verdi

OXUNUB: 814 DÜNYA

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, 2018-ci ildə seçki kampaniyasının ciddi şəkildə ölkə Konstitusiyasına müvafiq keçirilməsi üçün mümkün olan hər şeyi edəcək. 

İcmal.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Putin "Figaro” qəzetinə verdiyi müsahibəsində bildirib.

Putin qeyd edib ki, onun prezident seçkilərində iştirakı və namizədlər barədə danışmaq hələ tezdir. 

Daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov seçkiqabağı kampaniyanın aparılmadığını bəyan etmişdi. 

 

İcmal.Az

RƏYLƏR