Putin FSB-yə sərhədlərdə və cəmiyyət daxilində nəzarəti gücləndirməyi tapşırdı

OXUNUB: 439 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinə (FTX) Rusiya cəmiyyətinə və sərhədlərinə "daxildə və xaricdəki satqınlara” qarşı nəzarəti gücləndirməyi tapşırıb. 

Putin Milli Təhlükəsizlik Xidmətləri Günü ərəfəsində etdiyi çıxışda deyib ki, "yeni təhdidlərin ortaya çıxması” daha çox kəşfiyyat fəaliyyətinə ehtiyac yaradır. 

"Sərhədi pozmaq üçün istənilən cəhdin qarşısı əlimizdə olan bütün qüvvə və vasitələrdən, o cümlədən mobil əməliyyat bölmələri və xüsusi təyinatlılardan istifadə edilməklə tez və effektiv şəkildə alınmalıdır”, - deyə Putin sərhədlərdə işin intensivləşdirilməsini tələb edib. 

7NEWS.az

RƏYLƏR