Putin-Netanyahu razılaşmasında İLK ADDIM - İran geri ÇƏKİLİR

OXUNUB: 715 DÜNYA

Suriyada İranla bağlı silahlı qruplaşmalar, həmçinin Livanın "Hizbullah” şiə təşkilatının döyüşçüləri İsraillə həmsərhəd bölgələri tərk etməyi planlaşdırırlar.

Bu haqda İsrailin "Jerusalem Post” qəzeti bildirib.

Nəşrin yazdığına görə, xüsusi halda, İrana yaxın qruplaşmalar Dera və Kuneytra şəhərlərindən çıxmaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl İsrailin "Kanal 10” televiziyasının yaydığı məlumata görə, İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər. Razılaşmaya görə, İran, "Hizbullah” və ya Tehrana bağlı olan hər hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək./publika

 İcmal.Az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

RƏYLƏR