Putin Trampla görüşün təxirə salınmasının səbəbini açıqladı

OXUNUB: 540 DÜNYA

Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun amerikalı həmkarı Donald Trampla görüşü ABŞ-ın daxilindəki kəskin daxili siyasi mübarizə səbəbindən baş tutmayıb. 

İcmal.Az bununla bağlı RİA Novosti agentliyinə istinadla xəbər verir. 

"Bunu Birləşmiş Ştatlardakı həmkarlarımızdan soruşmalıyıq. Mənim fikrimcə, bu, ABŞ-ın daxilindəki siyasi mübarizəyə görədir”, - Putin Avstraliyanın ORF telekanalına müsahibəsində deyib. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün bildirib ki, Kreml Rusiya və ABŞ prezidentlərinin görüşünün təşkili məsələsində amerikalı həmkarları tərəfindən təşəbbüs hiss edir. 

İcmal.Az

RƏYLƏR