2018-ci ildə Rusiyada prezidentinin seçkilərində iştirak üçün öz namizədliyini irəli sürmüş jurnalist və hüquq müdafiəçisi Yekaterina Qordonun videomüraciəti yayılıb.
Onun saytında yerləşdirilmiş videoda Krımla bağlı mövqeyinə aydınlıq gətirilir.
"Hesab edirəm ki, Krım bizimdir. Və nöqtə deyil, nida işarəsi qoymaq lazımdır. Bütün qalanlar boşboğazlıqdır”, - Qordon bildirib.
Daha əvvəl Rusiya prezidentliyinə namizəd, teleaparıcı Kseniya Sobçak bildirib ki, yarımadada seçki təbliğatını keçirməyə hazırlaşmır, çünki Krımı Ukrayna ərazisi hesab edir. Teleaparıcı həmçinin Krımda daha bir referendumu keçirməyi təklif edib./publika
İcmal.Az

























