Putinin təyin etdiyi rus komandir öldürülüb

OXUNUB: 160 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Ukrayna Rusiya ilə müharibədə fəal rol oynayan Rusiya ordusunun 247-ci Hava Hücum Alayının 2-ci batalyon komandiri polkovnik-leytenant Dmitri Lissitskinin Rusiyanın Stavropol şəhərindəki evində ölü tapıldığını açıqlayıb.
Ukrayna kəşfiyyatının xüsusi işi ilə öldürüldüyü bildirilən Lissitzkinin ölümü ilə bağlı əlavə məlumat verilməsə də, Rusiya mənbələri də komandirin ölümünü təsdiqləyib.
Rusiya xəbər agentliklərinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə Rusiya prezidenti Vladimir Putinin əlindən Rusiya Federasiyası Qəhrəmanı adını alan Dmitri Lissitski Ukraynanın hücumları nəticəsində şəhid olduğunu bildirib.

7NEWS.az

RƏYLƏR