Putinin yeni bəyanatı: "Rusiya İslam dünyasını dəstəkləyəcək"

OXUNUB: 698 DÜNYA
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, İslam dünyası Rusiyanın dəstəyinə və əməkdaşlığına ümid edə bilər.

14:13  Bölmə: Dünya Oxunma sayı: 6 A-AA+
"Ölkə.Az" xəbər verir ki, dövlət başçısı bu məzmunda "Rusiya-İslam dünyası" strateji qrupun iclasına teleqram göndərib.

Teleqramda deyilir: "Bu gün bir çox müsəlman ölkələri ciddi təhlükələrlə qarşılaşırlar: terror eskalasiyası və ekstremizm, etnokonfessional qarşıdurmanın pisləşməsi, iqtisadi və sosial problemlər. Qeyd etmək istəyirəm ki, İslam dünyası tam olaraq Rusiyanın dəstəyinə və əməkdaşlığına ümid edə bilər".

Rusiya prezidenti eyni zamanda qeyd edib ki, Rusiya terrora qarşı mübarizədə regional partnyorluğu inkişaf etdirə bilər. Həm də böhranların həllində sülh nizamlamasına kömək edə bilər.

RƏYLƏR