Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
İcmal.Az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, R.Ərdoğan BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında müzakirələr zamanı Qüdslə bağlı qətnamə layihəsini dəstəklədiyinə görə Rusiyaya minnətdarlığını bildirib.
Söhbət zamanı Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparılıb. Eləcə də, Rusiya və Türkiyə prezidentləri ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə uğurlu inkişafı ilə bağlı aktual məsələlərə toxunublar.
İcmal.Az

























