"Qabrielle" qasırğasının vurduğu Yeni Zelandiyada 6 mindən çox insan itkin düşüb

OXUNUB: 299 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yeni Zelandiyanın şimalını vuran Qabrielle qasırğasının qurbanları getdikcə ağırlaşır. Yeni Zelandiyanın Baş naziri Kris Hipkins qasırğa nəticəsində ölənlərin sayının 11-ə yüksəldiyini açıqlayıb. Qabrielle qasırğasını ölkənin ən böyük təbii fəlakəti olaraq xarakterizə edən Hipkins, 6400 adamdan xəbər alına bilmədiyini və buna görə də can itkisinin arta biləcəyini bildirib. Qasırğanın yaratdığı dağıntı səbəbindən infrastruktura böyük ziyan dəydiyini bildirən Hipkins, 28 min evə elektrik enerjisinin verilə bilmədiyini açıqlayıb. Hipkins onu da əlavə edib ki, ABŞ başda olmaqla bir çox ölkədən alınan, lakin rədd edilən yardımlar artıq qəbul edilə bilər. Ötən çərşənbə axşamı Yeni Zelandiyada Qabrielle qasırğası səbəbindən tarixində üçüncü dəfə fövqəladə vəziyyət (OHAL) elan edilib.

7NEWS.az

RƏYLƏR