Qaçaq island məhbus baş nazirlə səyahət etdi – VİDEO

OXUNUB: 541 DÜNYA

İslandiya tarixinin ən iri məbləğli qarətinin təşkilatçısı olan Sindri Tor Steffanson, cəzasını çəkdiyi Son şəhər həbsxanasından qaçıb.

İcmal.Az "Euronews”a istinadən xəbər verir ki, Steffanson fevral ayında kriptovalyuta alveri ilə məşğul olmaq üçün 600-ə yaxın kompüter oğurlayıb.

Oğurlanmış avadanlığın dəyəri təxminən 2 milyon dollar təşkil edib.  

Aprelin 17-də həbsdən qaçan Steffanson  cəzaçəkmə müəssiəsindən 100 kilometrr aralıda yerləşən Keblavik beynəlxalq aeroportuna çatıb.  Ardınca o, "İcelandair” aviaşirkətinin reysi ilə Stokholma uçub.

Sonradan məlum olub ki, onun uçduğu təyyarənin göyərtəsində İslandiyanın baş naziri Katrin Yakobsdouttir də yer alıbmış.

Hər iki ölkənin polisi cinayətkarın axtarışını aparır. Müstəntiqlər onun hansı yolla təyyarənin göyərtəsinə daxil ola bildiyi üzərində baş sındırır. Onun bileti saxta sənəd əsasında əldə etdiyi güman edilir.

Yerli KİV yazır ki, Steffansonun saxlanıldığı cəzaçəkmə müəssisəsində mühafizə çox aşağı səviyyədədir. Həbsxananın ətrafında tikanli məftillərdən ibarət çəpər yoxdur, məhbuslar sərbəst şəkildə mobil telefon və internetdən istifadə edə bilir.

İcmal.Az

RƏYLƏR