Qaçqınkom”un torpaq həsrəti - FOTO FAKT

OXUNUB: 1014 SOSİAL
Deməli, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Hacıqulu Sadıqov adında bir idarə rəisi var, 3 il əvvəl xoşagəlməz əməllərinə görə Energetika Nazirliyindən qovulmuşdu. Nazirlikdə Dövlət Qaz Nəzarət İdarəsinin rəisi idi.
Amma deputat Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna direktor təyin olunanda hardansa, necəsə (neçəyəsə demirəm) bu nadürüstü gətirib Fondun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi təyin edib.
Adam Çexiyadadaşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsi hələ də işğal altında olan Füzuli rayonunun adını qoyub. Yəni "torpaq həsrəti" "Qaçqınkom" məmurunu Praqaya qədər aparıb çıxarıb.
Sənədlərə görə Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Prag, Modřany, Na schoddkách 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Vaqif Axundovun oğlu Murad Axundovun və Dövlət Gömrük Komitəsinin idarə rəisi Fərid Vəliyevin də şirkətləri hüquqi qeydiyyatdadır.
Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib.
 




RƏYLƏR