Qadın cüdoçularımız komanda yarışına qələbə ilə başladı

OXUNUB: 852 İDMAN
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın cüdoçularımız komanda yarışlarına qoşulub.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, ilk görüşdə qadın cüdoçularımız Özbəkistan komandası ilə qarşılaşıb.

Gərgin keçən mübarizədə komandamız 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az
 

RƏYLƏR