Qadın Dubaya aparmadığına görə ərini qətlə yetirdi Özü də bir yumruqla

OXUNUB: 693 HADİSƏ
Hindistanda qadın iş adamı olan ərinin ad günü üçün onu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aparmaqdan imtina etdiyinə görə qətlə yetirib



Bu barədə Live9News məlumat yayıb.



İstintaqın müəyyən edib ki,  36 yaşlı iş adamı Nikhil Xanna həyat yoldaşı Renuka ilə münaqişə zamanı ağır yaralanıb.



Xanna ad günündə Renukaya  gözlədiyi bahalı hədiyyələri vermədiyi üçün cütlük mübahisə edib. Bundan əlavə, o, Dubayda tətil təşkil etmək istəyini rədd edib. Qalmaqal zamanı qadın ərinə hücum edərək, onun üzünə bir zərbə endirib. Zərbə o o qədər güclü olub ki,  kişinin burnu sınıb,  dişləri tökülüb. Nəticədə güclü qanaxmaya başlayıb və kişi huşunu itirib. Zənglə gələn təcili tibbi yardım işçiləri kişiyə kömək edə bilməyib və o hadisə yerində keçinib.

RƏYLƏR